Çimərlik voleybolu üzrə “AZERRAIL” klubu ilin ən yaxşıları sırasında yer alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Çimərlik voleybolu üzrə “AZERRAIL” klubu ilin ən yaxşıları sırasında yer alıb

Çimərlik voleybolu üzrə “AZERRAIL” klubu ilin ən yaxşıları sırasında yer alıb.

Gənclər və İdman Nazirliyinin keçirdiyi 2024-cü ilin yekunlarına dair sorğunun nəticəsinə görə “AZERRAIL”in qadınlardan ibarət çimərlik voleybolu komandası “İlin qadınlardan ibarət ən yaxşı komandası” nominasiyası üzrə 1-ci yerə, kişilərdən ibarət çimərlik voleybolu komandası isə “İlin kişilərdən ibarət ən yaxşı komandası” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.

Üç mərhələli sorğunun nəticələrinə görə kişilərdən ibarət komandalar arasında “Qarabağ” futbol klubu 1-ci, “Birbaşa” minifutbol komandası isə 3-cü yeri tutublar.

Qadınlardan ibarət komandalar üzrə sorğunun nəticəsinə görə 3х3 “Neftçi” basketbol komandası 2-ci, həndbol üzrə “Qarabağ” klubu isə 3-cü yerləri tutublar.

Qaliblərə mükafatlar nazirliyin yanvarın 9-da keçirdiyi 2024-cü ilin yekunlarına dair qala mərasimində təqdim olunub.

Xatırladaq ki, “AZERRAIL” klubunun çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət komandaları 10-13 oktyabr 2024-cü il tarixlərində Fransanın Montpellier şəhərində keçirilən klublararası “Avropa Kuboku”nda (Beach Volley European Cup) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.