“Abşeron” klubunun orta oyunçusu Mariya Kirilyuk:
“İlin ilk oyunu oldu. Komandamı qələbə münasibətilə təbrik edirəm. “Murov Az Terminal” klubunun oyunçularını da təbrik etmək istəyirəm, onlar da çalışdılar. Lakin bu gün qələbə bizim oldu. Çempionatın növbəti hissəsi çox maraqlı olacaq, bizi gərgin oyunlar gözləyir. Düşünürəm ki, bütün komandalar qələbəyə layiqdirlər. Komandama çoxlu qələbələr və ən yaxşı nəticələr qazanmağı arzu edirəm”.