“Gəncə” vk-nın orta oyunçusu Anastasiya Atepalina:
“Yeni il bayramından sonra ilk oyunumuzu keçirdik. Bilirdik ki, oyun rahat olmayacaq. Ona görə də, bu oyuna ciddi hazırlaşmışdıq. Rəqib komandanın oyunçularını, oyun sistemini analiz etmişdik. Çünki rəqib güclü komandadır. Deyə bilərəm ki, biz qarşımıza qoyulan məqsədə çatdıq. Əlbəttə, səhvlərimiz oldu, amma çalışdıq ki, səhvləri aradan qaldıraq və qalib gələk. Bu, bizdə alındı və rəqibi 3:0 hesabı ilə məğlub edə bildik. Qarşıda hələ çox oyunlarımız var, əsas hədəfimizə çatmaq üçün hazırlıqlarımıza yüksək səviyyədə davam edəcəyik”.