Qadın voleybolçular arasında Yüksək Liqada VI turun oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Yüksək Liqada VI turun oyunları keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada VI turun oyunları keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Abşeron” və “Gəncə” komandaları qarşılaşıblar. Famil Ağayevin yetirmələri 3:1 hesabı ilə “Gəncə”ni məğlub edib.

Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyası” “AZERRAIL”lə üz-üzə gəlib. 3 set davam edən görüşdə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı ilə qalib gəlib.

UNEC VK-nın idman zalında təşkil olunan turun son görüşündə “Murov Az Terminal” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Oyunların nəticələri

Yüksək Liqa

VI tur

15 yanvar

“Abşeron” - “Gəncə” 3:1 (25:12, 25:14, 23:25, 25:17)

UNEC - “Murov Az Terminal” 0:3 (8:25, 15:25, 14:25)

“AZERRAIL” - “Milli Aviasiya Akademiyası” 0:3 (17:23, 23:25, 21:25)

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunları yanvarın 21-də keçiriləcək.