Kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

Kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində VI turun iki qarşılaşması baş tutub. MOİK “Murov Az Terminal”la, “AZERRAIL” isə “Neftçi” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “Murov Az Terminal” MOİK-i, “AZERRAIL” isə “Neftçi” komandasını quru hesabla məğlub edib.

Qeyd edək ki, VI turun son oyunu sabah keçiriləcək. FHN-nin idman zalında “Gənclər” komandası “Xilasedici”nin qonağı olacaq.

Oyunların nəticələri

Yüksək Liqa

VI tur

17 yanvar

MOİK - “Murov Az Terminal” 0:3 (17:25, 21:25, 14:25)

“AZERRAIL” - “Neftçi” 3:0 (25:23, 25:14, 25:20)

18 yanvar

16:00. “Xilasedici” - “Gənclər”

 AVF-nin rəsmi Youtube kanalı (canlı)

Ünvan: FHN-nin idman zalı

Giriş sərbəstdir