Çimərlik voleybolçularımız Latviya açıq çempionatında gümüş medal qazanıblar
                                  Azərbaycan Voleybol Federasiyası
Çimərlik voleybolçularımız Latviya açıq çempionatında gümüş medal qazanıblar

Çimərlik voleybolçularımız Latviya açıq çempionatında gümüş medal qazanıblar

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib. 8-9 fevral tarixlərində baş tutan yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib. Olimpiya sistemi ilə keçirilən turnirdə komandamız uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.

Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək çimərlik voleybolçularımız burada daha bir neçə turnirdə iştirak edəcəklər.