Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Bu gün Yüksək Liqada X turun bir oyunu Gəncədə, iki oyunu isə Bakıda baş tutub.
İlk olaraq Gəncə İdman Sarayında “AZERRAIL” “Gəncə” klubunun qonağı olub. Gərgin keçən qarşılaşmada ev sahibi 3:0 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov da izləyib.
Turun digər oyunları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “Abşeron” - “Murov Az Terminal”la, “Milli Aviasiya Akademiyası” isə UNEC-lə üz-üzə gəlib. Bu qarşılaşmalarda da qalib 3 setdə müəyyən olunub. Famil Ağayevin yetirmələri “Murov Az Terminal”ı, “Milli Aviasiya Akademiyası” isə UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 14-15 fevral tarixlərində keçiriləcək.
Oyunların nəticələri
Yüksək Liqa
11 fevral
X tur
“Gəncə” - “AZERRAIL” 3:0 (25:23, 25:18, 25:18)
“Abşeron” - “Murov Az Terminal” 3:0 (25:15, 25:17, 25:22)
“Milli Aviasiya Akademiyası” - UNEC 3:0 (25:16, 25:8, 25:6)