Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib
                                  Azərbaycan Voleybol Federasiyası
Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XII turun növbəti oyunu keçirilib. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun nəticəsi

Yüksək Liqa

XII tur

22 fevral

“Gəncə” - “Milli Aviasiya Akademiyası” 1:3 (14:25, 16:25, 25:23, 17:25)

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 27 fevral tarixində keçiriləcək.