Qadın voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Murov Az Terminal” və “Abşeron” komandaları qarşılaşıblar. Oyun “Abşeron”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Eyni məkanda baş tutan ikinci oyunda “Gəncə” klubu “AZERRAIL”in qonağı olub. Meydan sahibi rəqibini 3:0 hesabı ilə məğlub edib.

UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Milli Aviasiya Akademiyası” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

✅Oyunların nəticələri

Yüksək Liqa

11 mart

XV tur

“Murov Az Terminal” - “Abşeron” 0:3 (18:25, 18:25, 25:27)

“AZERRAIL” - “Gəncə” 3:0 (31:29, 25:16, 25:19)

UNEC - “Milli Aviasiya Akademiyası” 0:3 (7:25, 9:25, 16:25)