Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib
                                  Azərbaycan Voleybol Federasiyası
Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
M. Frişman qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində “THY ISTANBUL” (TUR) və “Igor Gorgonzola NOVARA” (ITA) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Bu gün İstanbulda keçiriləcək oyunun hakimləri serbiyalı Darko Savic və ispaniyalı Gloria Souto Jimenez olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.