Voleybol statistləri üçün kurs start götürüb
                                  Azərbaycan Voleybol Federasiyası
Voleybol statistləri üçün kurs start götürüb

Voleybol statistləri üçün kurs start götürüb.

Azərbaycan Voleybol Federasiyası tərəfindən FIVB-nin “VOLLEYBALL EMPOWERMENT” proqramı çərçivəsində keçirilən kurs GİN-nin Voleybol Mərkəzində baş tutub. Voleybol məşqçilərinin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən kurs üç mərhələdən ibarətdir. Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.

18 nəfərin iştirak etdiyi kursun yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.