Voleybol üzrə 16 yaşadək qızlardan ibarət yığmamız bu gün təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
MDB oyunlarına hazırlıq çərçivəsində təşkil olunan təlim-məşq toplanışı Əskişəhər və Bursa şəhərlərində keçiriləcək. Yığmamız burada yerli komandalarla yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Martın 26-dək davam edəcək təlim-məşq toplanışına rəhbərlik edən Şahin Çatma Türkiyəyə 17 idmançı ilə yollanıb.
Təlim-məşq toplanışında Şahin Çatmaya məşqçi Hamid Anvari kömək edəcək.