Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Kardeşlik” turnirində ikinci yerə çıxıb
                                  Azərbaycan Voleybol Federasiyası
Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Kardeşlik” turnirində ikinci yerə çıxıb

Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Kardeşlik” turnirində ikinci yerə çıxıb.

Türkiyənin Bursa şəhərində təşkil olunan yarışda yeddi komanda (Azərbaycan (U-16), “DSİ Nilüfer Spor Klubu”, “Eskişehir DSİ Bentspor Klubu”, “Oksijen Genclik Spor Klubu”, “Kestel Belediyye Spor klubu”, “Hürriyet Spor Klubu”, “Gemlik İstiklal Spor Klubu”) mübarizə aparıb. Təmsilçimiz finalda Bursanın “DSİ Nilüfer Spor Klubu”na məğlub olaraq ikinci olub.

Komandamız Şahin Çatmanın rəhbərliyi ilə martın 26-dək təlim-məşq toplanışını Əskişəhərdə davam edəcək və yoxlama oyunlarında gücünü sınayacaq.

Qeyd edək ki, federasiya nümayəndəsi Məftun Salmanov, baş məşqçi Şahin Çatma və voleybolçularımız Əskişəhər rəhbərliyi və “Eskişehir DSİ Bentspor Klubu”nun prezidenti ilə də görüşüblər. Görüşlər zamanı birgə əməkdaşlığın davam etdiriləcəyi, qarşılıqlı təlim-məşq toplanışlarının və turnirlərin, yoldaşlıq oyunlarının təşkil olunacağı bildirilib.