Rumıniya kubokunun qalibi, millimizin hücumçusu Andrey Melnikov
“Final matçı çox gərgin və emosional keçdi. Final oyunları yüksək səviyyədə təşkil olunmuşdu, möhtəşəm azarkeş dəstəyi vardı.
Mövsüm artıq sona yaxınlaşır. Çempionatın finalında “Dinamo” klubu ilə qızıl medallar uğrunda yarışırıq. Bir oyunda artıq qalib gəlmişik, çalışacağıq qızıl medalı biz qazanaq.
Ümumiyyətlə, çempionat, iştirakçı komandalar çox güclüdür. Mövsüm maraqlı, çətin və çoxlu səyahətlərlə dolu oldu. Ümumilikdə isə bu çempionat mənə çox böyük təcrübə verdi”.