Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç  gənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüb
                                  Azərbaycan Voleybol Federasiyası
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç gənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüb

Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katib Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüblər. GİN-in Voleybol Mərkəzində baş tutan toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzu edib. O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.

Tədbirdə AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme çıxış edərək bildirib ki, AVF-də məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.