Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan CEV prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan CEV prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər. AVF nümayəndələri və qonaq Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə məzarı üzərinə gül dəstələri qoyulub.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb.