Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir

Avropa Gümüş Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir. Tbilisidə beş gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandamız yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 13-15 iyunda Azərbaycanda, üçüncü tur isə 20-22 iyunda Farer adalarında təşkil olunacaq.

Avropa Gümüş Liqası (kişilər)

I TURNİR (İSVEÇ)

06.06.2025

17:00 Azərbaycan - İsveç

07.06.2025

17:00 Gürcüstan - Azərbaycan

08.06.2025

17:00 İsveç – Gürcüstan

II TURNİR (AZƏRBAYCAN)

13.06.2025

18:00 Lüksemburq - Azərbaycan

14.06.2025

18:00 Macarıstan – Lüksemburq

15.06.2025

18:00 Azərbaycan - Macarıstan

III TURNİR (FARER ADALARI)

20.06.2025

19:00 Azərbaycan - Farer adaları

21.06.2025

17:00 Avstriya – Azərbaycan

22.06.2025

17:00 Farer adaları – Avstriya

Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.