18 yaşadək voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində mükafatçılar bəlli olub
                                  Azərbaycan Voleybol Federasiyası
18 yaşadək voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində mükafatçılar bəlli olub

18 yaşadək voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində mükafatçılar bəlli olub.

Bu gün AVF-nin İdman zalında qızların və oğlanların yarışında bürünc və qızıl medal uğrunda oyunlar keçirilib.

Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Abşeron“ klubu “Lokomotiv“ komandasını 3:2 hesabı ilə məğlub edib. Oğlanların mübarizəsində isə “Naxçıvan“ klubu “Oğuz RVK“ya 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Qızların finalında “AZERRAIL-1” klubu “Şərqi Zəngəzur RVK”nı 3:1, oğlanların finalında isə “Xarıbülbül Şuşa” komandası “Murov Az Terminal” kubunu 3:1 hesabları ilə məğlub edərək çempion olublar.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.

Beləliklə, qızların birinciliyinin qalibi olan “AZERRAIL-1” klubuna qızıl medal və kubok, “Şərqi Zəngəzur RVK” gümüş, “Abşeron” komandasına isə bürünc medallar təqdim edilib.

Oğlanların yarışının qalibi olan “Xarıbülbül Şuşa”ya qızıl medal və kubok, “Murov Az Terminal” komandasına gümüş, “Naxçıvan” klubuna isə bürünc medallar verilib.

Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.