Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında çıxışını başa vurub. Komandamız bu gün 3-cü turun son qarşılaşmasında Avstriya yığması ilə üz-üzə gəlib.
Farer adalarında təşkil olunan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, keçirdiyi altı oyundan ikisində qələbə qazanan komandamız turniri 6 xalla başa vurub.
Qeyd edək ki, reqlamentə əsas Avropa Gümüş Liqasında iştirak edən 8 komandadan ilk iki pilləni tutanlar finala vəsiqə qazanır. Final oyunları 3-6 iyul tarixlərində ev-səfər sistemi üzrə keçiriləcək.
Avropa Gümüş Liqası (kişilər)
III tur (Farer adaları)
21 iyun
Avstriya - Azərbaycan 3:0 (25:18, 25:18, 25:14)