Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında ştirak edəcəklər
                                  Azərbaycan Voleybol Federasiyası
Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında ştirak edəcəklər

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında ştirak edəcəklər. Voleybolçularımız bu məqsədlə bu gün Litva və Latviyaya yola düşüblər.
20 yaşadək çimərlik voleybolçuların yarışı 27-29 iyun tarixlərində Litvanın Vilnüs şəhərində, U-18-lərin çempionatı isə 30 iyun-2 iyul tarixlərində Latviyanın Cesis şəhərində təşkil olunacaq.
U-18 çempionatında ölkəmiz iki qız və bir oğlan komandası ilə, U-20 çempionatında isə üç qız, iki oğlan komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, qızlardan ibarət komandamız Nihad Tarverdiyevin, oğlanlarımız isə Atvars Vildenin baş məşqçiliyi ilə yarışacaqlar.