Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa Gümüş Liqası oyunlarına təyinat alıb.
N.İsmayılova 27-29 iyun tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Farer adaları və Lüksemburq komandaları mübarizə aparacaqlar.