Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Hacıyev 27-29 iyun tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa Gümüş Liqası oyunlarını idarə edəcək. Həmyerlimiz kişi voleybolçuların Gürcüstan, Farer adaları və Lüksemburq milli komandalarının qarşılaşmalarında hakim olacaq.
Bu mərhələdə Zaur Hacıyevlə yanaşı, almaniyalı Mahmoud Alburdeini və gürcüstanlı Mikheil Guniava da oyunları idarə edəcəklər.