Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb

Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.
E.Zülfüqarov iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək (U-19) qızların dünya çempionatının oyunlarını idarə edəcək. 24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.