Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıqları davam etdirir
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıqları davam etdirir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıqları davam etdirir.
Komandamız 2026-cı ildə baş tutacaq qitə birinciliyinin seçmə mərhələsi çərçivəsində təlim-məşq toplanışına iyulun 15-də başlayıb. Hazırlıq prosesi GİN-in Voleybol Mərkəzində keçirilir. Fərid Calalovun rəhbərlik etdiyi yığmamıza ümumilikdə 14 voleybolçu cəlb olunub.
Millimiz seçmə mərhələdə Belçika və Avstriya kollektivləri ilə qarşılaşacaq. Komandamız avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda Avstriya milliləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının təqviminə əsasən, bu mərhələnin ilk oyunları 2024-cü ilin avqust ayında keçirilib.
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat mərhələsində iştirak edəcək.

2026 Avropa Çempionatının təsnifat mərhələsi – B qrupu