III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
                                  Azərbaycan Voleybol Federasiyası
III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Bu gün Gəncə stadionunda təşkil olunan tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva izləyiblər.

İlk olaraq Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.

Daha sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub. Paradda Azərbaycanın voleybolçu qızlardan və oğlanlardan ibarət yığma komandalarının oyunçuları da iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da açılış mərasimini stadionda izləyiblər.