Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnir noyabrın 3-də başa çatıb

Oktyabrın 23-də “Qusar Olimpiya İdman Kompleksin”də start götürmüş Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnir noyabrın 3-də başa çatıb. Məktəbli qızlar arasında keçirilən voleybol üzrə açıq turnirdə 10 komanda (HƏZRƏ, QUXUR OBA, URVA 1, URVA 2, ƏVƏCUQ, GƏDƏZƏYXUR, ŞƏHƏR 2 SAYLI MƏKTƏB, ŞƏHƏR 3 SAYLI MƏKTƏB, ŞƏHƏR 4 SAYLI MƏKTƏB, ŞƏHƏR 6 SAYLI MƏKTƏB) mübarizə aparıb. 12-15 yaşlı qızların mübarizəsində birinci yerin sahibi URVA 1 komandası olub. Ikici yeri GƏDƏZƏYXUR, üçüncü yeri isə URVA 2 komandaları qazanıblar.

Oyunlardan sonra turnirin bağlanış mərasimi keçirilib. Qalib gələn məktəblilərə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.