Azərbaycan Voleybol Federasiyasının Baş Koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib

Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Baş Koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Gözəlbəyli 2022-ci ilin ilk təyinatı olaraq yanvarın 20-də İstanbul şəhərində kişilər arasında keçiriləcək CEV kubokunun 1/8 final matçının “Qalatasaray” (TUR) – “ KARLOVARSKO” (CZE) klublarının qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, görüşün hakimləri moldovalı Andrei Taran, rumıniyalı Benone Visandır.