Bu gün Yüksək Liqa yarışlarında növbəti oyunlar keçirilib. AVF-nin idman zalında qadın voleybolçular arasında Yüksək Liqanın X turuna start verilib. Tur çərçivəsində “AZERRAIL” – “Gəncə” və “Abşeron” – “DH Volley” komandaları üz-üzə gəliblər.
Qadınların yarışında günün qalibləri “Gəncə” (3:1) və “DH Volley” (3:0 komandaları olub.
Kişilərin Yüksək Liqasında isə X turun son oyunu keçirilib. FHN-nin idman zalında baş tutan qarşılaşmada “Neftçi” komandası “AZERRAIL”lə üz-üzə gəlib və oyunu 3:0 hesabı ilə qazanıb.
Yüksək Liqa (kişilər)
X tur
“Neftçi” – “AZERRAIL” 3:0 (25:23, 25:15, 25:20)
FHN-nin idman zalı
Yüksək Liqa (qadınlar)
X tur
“AZERRAIL” – “Gəncə” 1:3 (19:25, 25:21, 19:25, 23:25)
“Abşeron” – “DH Volley” 0:3 (20:25, 21:25, 11:25)
AVF-nin idman zalı