Bu gün qadın voleybolçuların Yüksək Liqasında IX tura start verilib. Turun ilk qarşılaşması “AZERRAIL” və “Gənclər” komandaları arasında baş tutub. Oyun “AZERRAIL” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun və günün ikinci oyununda isə “Abşeron” və “Gəncə” komandaları üz-üzə gəlib. Gərgin keçən oyunda rəqibindən üstün olan “Abşeron” komandası 3:2 hesabı ilə matçın qalibi gəlib.
Qeyd edək ki, hər iki oyun AVF-nin idman zalında təşkil olunub.
15 yanvar
Yüksək Liqa (qadınlar)
IX tur
“AZERRAIL” - “Gənclər” 3:1 (20:25, 25:20, 25:13, 25:19)
“Abşeron” - “Gəncə” 3:2 (23:25, 25:17, 21:25, 25:22, 15:13)