Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
Həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.
Millimiz noyabrın 4-də mübarizəyə start verəcək. Komandamız Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandamızın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan - Tacikistan
6 noyabr
15:00. Azərbaycan - İran
9 noyabr
18:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan