Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli bəlli olub
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli bəlli olub

Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli bəlli olub

Gələn il keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.

Ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamızın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Millimiz ilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə

Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və  İsveçin (Qöteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 avqust

19:00 Azərbaycan – Portuqaliya

22 avqust

15:30 Belçika – İspaniya

18:30 Rumıniya – Niderland

23 avqust

15:30 Portuqaliya – Belçika

18:30 İspaniya – Azərbaycan

24 avqust

15:30 Niderland – Portuqaliya

18:30 Azərbaycan – Rumıniya

25 avqust

15:30 Rumıniya – Belçika

18:30 Niderland – İspaniya

26 avqust

15:30 İspaniya – Portuqaliya

18:30 Belçika – Azərbaycan

27 avqust

15:30 Niderland – Belçika

18:30 Portuqaliya – Rumıniya

28 avqust

15:30 İspaniya – Rumıniya

18:30 Azərbaycan – Niderland