2026 Avropa Liqasında (CEV Volleyball European League 2026) milli komandalarımızın rəqibləri müəyyənləşib
Voleybol üzrə 2026-cı il Avropa Liqasının qrup mərhələsində Azərbaycan milli komandalarının rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.
Qadınlardan ibarət millimiz hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Yarışın qrup mərhələsində komandamız İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə yığmaları ilə qarşılaşacaq.
Kişilərdən ibarət yığmamız isə reytinqdə 38-ci sırada yer alır. Komandamız Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə əsasən yarışda 24 qadın və 27 kişi komandası iştirak edir. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yekunda 1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.