Zöhrab Gözəlbəyliyə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyliyə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.
Zöhrab Gözəlbəylini təbrik edir və uğurlar arzu edirik.