Bu gün kişi voleybolçuların Yüksək Liqasında VII tura start verilib. Abşeron OİK-də “Gənclər” və “AZERRAIL” komandaları üz-üzə gəliblər. Görüş “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunları dekabrın 17-də keçiriləcək.
Yüksək Liqa (kişilər)
15 dekabr
VII tur
“Gənclər” – “AZERRAIL” 0:3 (16:25, 15:25, 12:25)