Zaqatala Olimpiya İdman Kompleksində Oğuz Regional Voleybol Klubunun (RVK) 16 yaşadək oğlan və qız komandaları arasında respublika çempionatına hazırlıq məqsədilə mini turnirin final qarşılaşmaları baş tutub.
                                  Azərbaycan Voleybol Federasiyası

Final oyunlarını Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahlı və digər rəsmi şəxslər izləyiblər.

Turnirin yekununda qalib komandalar kubok və medallarla təltif olunub. AVF prezidenti Şahin Bağırov Oğuz RVK-nın məşqçi heyəti və idmançıları ilə görüşərək onlara qarşıdakı yarışlarla bağlı tövsiyələrini verib.