Bu gün kişi voleybolçuların Yüksək Liqasında IX turun növbəti oyunu keçirilib. FHN-in idman zalında “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəlib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qalib tay-brekdə müəyyənləşib. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Neftçi” 7 qələbə və 20 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib.
“Xilasedici” komandası isə 5 qələbə və 16 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha bir qarşılaşması sabah “Gənclər” və “Murov Az Terminal” komandaları arasında keçiriləcək.
13 yanvar
Yüksək Liqa (kişilər)
IX tur
“Xilasedici” - “Neftçi” 2:3 (25:22, 25:17, 22:25, 23:25, 15:17)