Federasiya rəsmiləri millimizin oyunçuları və məşqçi heyəti ilə görüşüb
                                  Azərbaycan Voleybol Federasiyası
Federasiya rəsmiləri millimizin oyunçuları və məşqçi heyəti ilə görüşüb

İslam Həmrəyliyi Oyunlarında və AVRO-2023-ün təsnifat mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi maydan start verdiyi təlim-məşq toplanışını başa vurub. Yığma bu gün Bakıda Voleybol Mərkəzində son məşqinə çıxıb.

Komandanın məşqini Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Əbülfəz Hüseynov və AVF-nin baş katibi Fərid Xəlilov izləyiblər. Ardınca federasiya rəsmiləri millimizin oyunçuları və məşqçi heyəti ilə görüşüb.

Federasiya prezidentinin salamlarını çatdıran Faiq Qarayev komandamıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. O bildirib ki, bu gün İslamiadada və AVRO-2023-ün təsnifat oyunlarında yığmamızın qələbə qazanmaq üçün böyük şansları var. Bunun üçün meydanda əzimkar oyun vacibdir.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın voleybolçularımız avqustun 5-də Konyaya yola düşəcək.