Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Polşaya yollanıb
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Polşaya yollanıb

Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Polşaya yollanıb. 

2022/23 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.  

Qeyd edək ki, “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.