“Murov” klubu “Kitro Varazdin” ilə üz-üzə gələcək
                                  Azərbaycan Voleybol Federasiyası
“Murov” klubu “Kitro Varazdin” ilə üz-üzə gələcək

Kişi voleybolçulardan ibarət “Murov” klubu “Kitro Varazdin” ilə üz-üzə gələcək.

 

2022/23 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək “Murov” klubu

Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç Dərnəgül Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.

Komandamıza uğurlar arzu edirik. 

 

19.10.2022

18:00. “Kitro Varazdin” - “Murov”

20.10.2022

18:00. “Murov” - “Kitro Varazdin”

 

Ünvan: Bakı, Voleybol Mərkəzi

Giriş sərbəstdir