Azərbaycan çempionatında II tura start verildi
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan çempionatında II tura start verildi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turunun oyunları baş tutub. IV tura “Murov” - “Azərreyl” matçı ilə start verilib. Qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25:22 hesabı ilə qalib gələn “Murov” növbəti 2 setdə 15:25, 15:25 hesabı ilə məğlub olub. Dördüncü hissəni Vüqar Əliyevin komandası 32:30 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:13 hesabı ilə qalib gələn “Azərreyl” görüşün yekun hesabını müəyyənləşdirib - 3:2.

Voleybol Mərkəzində təşkil olunan turun ikinci matçında isə UNEC komandası “Abşeron”la üz-üzə gəlib. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. Famil Ağayevin komandası 3 xalı rəqibini 3:0 hesabı ilə məğlub etməklə əldə edib.
 
II dövrənin ilk turundan sonra “Azərreyl” 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. 7 xalla “Murov” ikinci, 6 xalla “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

IV  tur
“Murov” - “Azərreyl” 2:3 (25:22,15:25, 15:25, 32:30, 13:15)
UNEC - “Abşeron” 0:3 (13:25, 13:25, 11:25)