Aqşin Ağazadə çimərlik voleybolu ilə professional məşğul olmaq üçün Bakıya dəvət alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Aqşin Ağazadə çimərlik voleybolu ilə professional məşğul olmaq üçün Bakıya dəvət alıb

Azərbaycan Voleybol Federasiyası regionlardan gənc və perspektivli oyunçuların seçilərək milli komandalara cəlb olunması işini davam etdirir. Bu məqsədlə həm voleybol, həm də çimərlik voleyboluna gənclərin seçilməsi üçün seleksiya xarakterli yarışlar və turnirlər keçirilir.
Artıq Mingəçevir şəhərindən 16 yaşlı Aqşin Ağazadə çimərlik voleybolu ilə professional məşğul olmaq üçün Bakıya dəvət alıb.
İnanırıq ki, klublara və milli komandalarımıza regionlardan cəlb edilən gənclərimizin sayı çox olacaq.