CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib
                                  Azərbaycan Voleybol Federasiyası
CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Frişman qadın voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan “Eczacibasi Dynavit İSTANBUL” (TUR) və “Martiza PLOVDIV” (BUL) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bu gün baş tutacaq qarşılaşmanın hakimləri yunanıstanlı Vasileios Vasileiadis və serbiyalı Dejan Rogicdir.