Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 
GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “AZERRAIL” komandaları üz-üzə gəlib. Gərgin keçən matçın qalibi 4 setdə müəyyən olunub. İlk hissədə “Xarı bülbül Şuşa” qalib gəlsə də, “AZERRAIL” növbəti hissəni aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib. Lakin Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirib və sonrakı setlərdə də qələbə qazanıb-3:1.
Günün ikinci oyunu isə MOİK və “Murov Az Terminal” komandaları arasında olub. “Murov Az Terminal”ın idman zalında baş tutan qarşılaşmada Fərid Cəlalovun yetirmələri 3:0 hesabı ilə qalib gəliblər. 
Qeyd edək ki, xallarının sayını 9-a çatdıran “Xarı Bülbül Şuşa” turnir cədvəlində liderliyi ələ keçirib. Hərəyə 8 xal toplayan “AZERRAIL” və “Murov Az Terminal” 2-ci və 3-cü yerde qərarlaşıblar. “Xarı Bülbül Laçın” və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələri bölüşürlər. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.

“Xarı Bülbül Şuşa” - “AZERRAIL” 3:1 (25:17, 22:25, 25:19, 25:16)
MOİK - “Murov Az Terminal”  0:3 (17:25; 13:25; 17:25)