Azərbaycan çempionatında vaxtı dəyişdirilmiş birinci turun iki oyunu keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan çempionatında vaxtı dəyişdirilmiş birinci turun iki oyunu keçiriləcək

Sabah qadın voleybolçular arasında Azərbaycan çempionatında vaxtı dəyişdirilmiş birinci turun iki oyunu keçiriləcək. 
Dekabrın 9-da GİN-in Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüş saat 15:00-da start götürəcək. 
Turun digər matçı isə “AZERRAIL” və UNEC komandaları arasında olacaq. “Murov Az Terminal”ın idman zalında baş tutacaq bu qarşılaşma saat 19:00-da başlanacaq.

Yüksək Liqa
9 dekabr
15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

19:00. “AZERRAIL” - UNEC 

Ünvan: Biləcəri qəsəbəsi. M. Hüseynzadə küç 2. “Murov Az Terminal” VK idman zalı. 

Giriş sərbəstdir