Qadin voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları baş tutub
                                  Azərbaycan Voleybol Federasiyası
Qadin voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları baş tutub

Qadin voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları baş tutub. Bu gün GİN-in Voleybol Mərkəzində 8-ci turun iki oyunu keçirilib. 
İlk olaraq meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıblar. “Milli Aviasiya Akademiyası” qarşılaşmaya daha yaxşı başlayıb və Vüqar Əliyevin yetirmələri üstünlüklərini sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıblar. 
Turun növbəti oyunu isə “Murov Az Terminal” və “AZERRAIL” klubları arasında olub. Tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Həlledici hissədə daha dəqiq oynayan “Murov Az Terminal” bu matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, “AZERRAIL” 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

9 yanvar 
Yüksək Liqa (qadınlar)
VIII tur
“Abşeron” - “Milli Aviasiya Akademiyası” 0:3 (18:25, 19:25, 25:27)
“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)