Voleybol üzrə ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun qalibləri bəlli olub.
Bu gün GİN-nin Voleybol Mərkəzində həm kişilərin, həm də qadınların final matçları keçirilib.
İlk olaraq meydana kişilərdən ibarət “AZERRAIL” və “Xilasedici” klubları çıxıblar. Maraqlı mübarizədə keçən bu görüşdə “Xilasedici” rəqibini 3:0 hesabı ilə məğlub edərək kuboku qazanıb.
Daha sonra qadınların finalı baş tutub. Həlledici görüşdə “Gəncə” və “Abşeron” klubları üz-üzə gəliblər. Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Abşeron” qızıl medalın sahibi olub.
Qarşılaşmalardan sonra mükafatlandırma mərasimi və ölkə kubokunun bağlanış mərasimi keçirilib.
Oyunların nəticəsi
4 noyabr
Ölkə kuboku
Final
Kişilər
“AZERRAIL” - “Xilasedici” 0:3 (18:25, 21:25, 23:25)
Qadınlar
“Gəncə” - “Abşeron” 0:3 (18:25, 20:25, 16:25)