Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub.
Bu gün Yüksək Liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.
İlk olaraq GİN-in Voleybol Mərkəzində meydana “Abşeron” və “AZERRAIL” klubları çıxıblar. Gərgin keçən bu görüşdə “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi “Gəncə” klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Turun və ilin son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.

Oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
IV tur
19 dekabr
“Gəncə” - UNEC 3:0 (25:8, 25:7, 25:11)
Ünvan: Gəncə İdman sarayı
“Abşeron” - “AZERRAIL” 3:1 (18:25, 25:21, 25:17, 25:16)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)
Ünvan: GİN-nin Voleybol Mərkəzi