“AZERRAIL” avrokubokda mübarizəyə başladı
                                  Azərbaycan Voleybol Federasiyası
“AZERRAIL” avrokubokda mübarizəyə başladı

“AZERRAIL” avrokubokda mübarizəyə başladı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün turnirdə ilk oyununa çıxıb. İlkin mərhələdə komandamızın rəqibi Serbiyanın “Radniçki” klubu olub.

FHN-nin idman zalında baş tutan qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun MVP-si “Radniçki” klubunun 13 nömrəli oyunçusu Qayoviç Vladimir seçilib.

Cütün cavab görüşü oktyabrın 29-da Serbiyada keçiriləcək.

Çempionlar Liqası

İlkin mərhələ (I oyun)

23 oktyabr

“AZERRAIL” – “Radniçki” 0:3 (21:25, 18:25, 22:25)