Bu gün kişi voleybolçuların Yüksək Liqasında II turun növbəti oyunu keçirilib. FHN-nin idman zalında təşkil olunan qarşılaşmada “Neftçi” komandası “Murov Az Terminal” klubu ilə üz-üzə gəlib. Gərgin keçən oyunda 3:2 hesabı ilə qalib gələn “Murov Az Terminal” çempionatda ikinci qələbəsini qazanıb.
Oyunun nəticəsi
Yüksək Liqa (kişilər)
II tur
24 oktyabr
“Neftçi” - “Murov Az Terminal” 2:3 (25:22, 17:25, 25:17, 18:25, 11:15)