VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq. Komandamız əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat komitəsinin qərarına əsasən, millimizin sabahkı rəqibi İran olub.
Qeyd edək ki, komandamız növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal uğrunda, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunu noyabrın 13-də baş tutacaq.
Milli komandamızın oyun cədvəli:
4 noyabr
14:00. Azərbaycan - İran
6 noyabr
14:00. Azərbaycan - Tacikistan
9 noyabr
17:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan